Aparıcılardan sonra növbə onlara çatdı: Onlar da efirdən yığışdırılır
18 Mart 2026
229
Ölkədə fəaliyyət göstərən özəl telekanallar özlərinin kadr və proqram dəyişiklikləri ilə bağlı müvafiq qərarlar qəbul ediblər.
Bu gündən etibarən ATV-də Əməkdar jurnalist Zaur Baxşəliyevin müəllifi olduğu “Bizimləsən”, ARB-də isə tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılacaq. Bundan əvvəl isə sosial verilişlərin aparıcıları Elgiz Əkbər və Tolik efir məkanından uzaqlaşdırılmışdı.
Əldə etdiyimiz məlumatlara görə, telekanallarda islahatlar bununla məhdudlaşmayacaq. Bütün telekanal rəhbərlərindən özlərinin yayım siyasətinə yenidən baxmaq tələb olunub. Əsas tövsiyələrdən biri xəbər bülletenlərinin və ictimai-siyasi proqramların efir saatını artırmaq olub. Bundan sonra telekanalların yayım siyasətində ictimai-siyasi yükü olan verilişlər, analitik və müəllif proqramları üstünlük təşkil edəcək.
Ucuz şoular tədricən efirdən yığışdırılacaq. Cəmiyyətdə ictimai reputasiyası ləkəli olan müğənnilərin efirə çıxışı dayandırılacaq.
Məlumatlara görə, seriallarla bağlı da ciddi dəyişikliklər gözlənilir. Telekanal rəhbərlərinə milli-mənəvi dəyərlərə zidd olan, ailə institutunu zədələyən serialların yayımının dayandırılması məsləhət görülüb. Bu yenilikləri etmək üçün televiziya rəhbərlərinə aprel ayının sonuna kimi vaxt verilib. / Metbuat.az
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
12.03.2026 00:19:00
Prezident nəvəsi ilə - Foto
05.02.2026 08:03:00
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto
24.01.2026 09:02:00
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ! - İlham Əliyev
22.01.2026 00:57:00
Xəbər Lenti
Təəssüf ki, xalqımıza... - Xalq artistinin bağlanan verilişlərə reaksiyası diqqət çəkdi
18.03.2026 23:15
Cəmiyyət
Zaur televiziyadan gedib? - Aqibəti bəlli oldu
18.03.2026 21:05
Cəmiyyət
Verilişi bağlandığı deyilən Lalənin bu davranışı diqqət çəkdi - Foto
18.03.2026 16:33
Cəmiyyət
Bu tanınmış aparıcı efirə qaytarıldı
18.03.2026 13:31
Cəmiyyət
Onlar getdi Nanə isə efirə qayıtdı
18.03.2026 13:24
Cəmiyyət
Aparıcılardan sonra növbə onlara çatdı: Onlar da efirdən yığışdırılır
18.03.2026 12:49
Cəmiyyət
Həmin fotodakı qadın baxın əslində kim imiş: Xainlərin planı ifşa edildi - Video
18.03.2026 10:50
Cəmiyyət
Tanınmış sənətçilərdən Zaurun verilişinin bağlanmasına sürpriz reaksiya
18.03.2026 10:35
Cəmiyyət
Zaurdan sonra Xoşqədəmin verilişi də bağlandı
17.03.2026 23:17
Cəmiyyət
Zaur və Xoşqədəmdən sonra Lalənin verilişi barədə baxın hansı qərar verildi
17.03.2026 23:12
Cəmiyyət