Afət tanınmış sənətçinin qızı imiş - Video

16 Fevral 2026
699306b0eea48202602265944
364

Müğənni Afət Fərmanqızı mərhum anası ilə bağlı duyğusal paylaşım edib.

Sənətçi sosial şəbəkə hesabında anasının Dövlət Televiziyasında lentə alınmış ifasının görüntülərini yayımlayıb.

Kadrlarda onun anası, ingilis dili müəlliməsi Müşgünaz Əsədovanın səhnədə çıxışı əks olunub. Arxiv görüntüləri izləyicilər arasında böyük maraq doğurub və qısa zamanda geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Müşgünaz Əsədova 57 yaşında vəfat edib. Afət Fərmanqızı paylaşımında anasını ehtiramla anaraq onun xatirəsinin daim qəlbində yaşayacağını bildirib.