Adnanın xanımı ərinin həbsindən sonra baxın nə etdi - Şok addım

21 Sentyabr 2025
68cf136012816202509254936
2584
SOCAR-ın investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlərdən sonra özündən 14 yaş kiçik olan həyat yoldaşı Gülsəfa Cəfərova sosial şəbəkə paylaşımlarına "əl gəzdirib".

Belə ki, G.Cəfərova sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini əks etdirən paylaşımlarını silib. 

Qeyd edək ki, Adnan Əhmədzadə “Azeri Layt” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunaraq saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Xatırladaq ki, Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. / Bakuplus.az