Aparıcı Hüsniyə Məhərrəmova Amerikaya köçəndən artıq çəki almasından şikayətlənib.
Aparıcı ötən həftə pəhrizə başladığını və bu yolla arıqlamağa çalışdığını bildirib.
Hüsniyə çəki atmaq üçün ac qaldığını deyib. 3 gün ancaq su içən aparıcı özünü yaxşı hiss etdiyini bildirib:
"2 günə 1 kiloqram 800 qram atdım. İlk günü çox yaxşı hiss edirdim. İkinci günü ac hiss etdim. Üçüncü günü daha yaxşıyam. Növbəti dəfə 5 gün ac qalacağam".
Aparıcı bundan əvvəl paylaşımlarından birində 10 kiloqram kökəldiyini yazmışdı. / Axşam.az