32 yaşında prorektor təyin edilən Nigar baxın kim imiş - Foto
32 yaşlı Nigar Adilova ADNSU-da Beynəlxalq əlaqələr üzrə prorektor təyin edilib.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib.
Nigar Adilova Elsevər qızı 14 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə orta məktəb təhsilini Bakı şəhəri Texniki-humanitar liseyində bitirib, elə həmin ildə bakalavriat pilləsi üzrə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına qəbul olub. 2015-ci ildə bakalavr təhsilini fərqlənmə ilə başa vurub. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb.
2023-cü ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnformasiya Kommunikasiya Texnologiyaları” şöbəsində mühəndis olaraq başlayıb. 2017–2023-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corciya Dövlət Universiteti arasında birgə əməkdaşlıq nəticəsində açılmış MBA Proqramında tyutor, tədris texnologiyaları üzrə işçi vəzifələrində fəaliyyət göstərib. 2018-ci ildən indiyədək MBA Proqramında müəllim olaraq çalışır. 2023-cü ildən indiyədək həmin proqramın direktor müavini vəzifəsində işləyir. / unikal.az
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto