Geologiya üzrə mütəxəssis, professor Şener Üşümezsoy aprelin 23-də İstanbulun Silivri sahillərində baş verən və ətraf rayonlarda da hiss edilən 6.2 maqnitudalı zəlzələni 20 gün əvvəl təxmin edib.
O,, 20 gün əvvəl verdiyi açqlamada Kumburqaz və Silivridə 6-6.5 maqnitudalı zəlzələ ola biləcəyini söyləyib.
Bu gün İstanbuldakı yeraltı təkanlar barədə yeni açıqlama verən professor başqa bir zəlzələ riskinin olmadığını vurğulayıb:
"Bu zəlzələ sürüşmə zonalarınının olduğu bölgələrdə təsirli ola bilər, ancaq bu yeraltı təkanlardan sonra böyük zəlzələ gözlənilmir". / oxu.az