2 dəfə ailə quran Aysun, 3-cü bəy namizəd üçün tələbini açıqladı
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.
Sənətçi dağılan evliliklərindən danışaraq, münasibətlərdə xəyanəti qəbul etmədiyini vurğulayıb. O, bildirib ki, kişi başqa qadına toxunduğu anda münasibət onun üçün bitmiş sayılır və belə vəziyyətdə geri dönüşü mümkün hesab etmir.
Aysun qeyd edib ki, hər iki ailəsi məhz xəyanət səbəbindən dağılıb və bu kimi hallarda heç vaxt münasibətdə qalmayıb. Müğənni həmçinin etiraf edib ki, indiyədək həyatında yanlış seçimlər edib.
Sənətçi əlavə edib ki, hazırda övladı olduğu üçün gələcəkdə quracağı münasibətə daha ciddi yanaşacaq. Onun sözlərinə görə, evlənəcəyi şəxsin ən vacib xüsusiyyətlərindən biri övladına yaxşı ata ola bilməsidir:
"Kişi başqa bir qadına toxunarsa, mənim üçün hər şey bitər. Mənə qədər özü bilər. Hər iki ailəm də xəyanətə görə dağılıb. Xəyanət gördüyüm yerdə qalmıram. Mən ailə qadınıyam, amma artıq tək deyiləm, bir qızım var. Hər zaman yanlış insanı seçmişəm. Yenidən ailə qursam, çox ölçüb-biçməliyəm, çünki artıq səhv etmək istəmirəm. Evlənəcəyim şəxsin övladıma yaxşı ata ola bilməsi əsas şərtdir. Yoxsa sadəcə biri ilə ailə qurmaq xatirinə evlənmək düzgün deyil",
Bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. / Milli.az
Redaktor seçimi
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
Prezident nəvəsi ilə - Foto
Zəhradan Mədət Quliyevdən boşanma iddialarına reaksiya - Foto