1 ildir müğənnilik edən Mətanətin keçmiş gəlini özünə bağ evi və avtomobil aldı - Video

  • Digər
  • 15 Sentyabr 2024
66e68977503ba202409241503
  • Oxunub: 395

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) yeni bağ evi və idman avtomobili alıb.

Bu haqda sənətçinin keçmiş gəlini sosial şəbəkə hesabında məlumat verib. 

Qısa qırmızı donda dəbdəbəli villasının həyətində kamera qarşısında keçən Canana aldığı həm maşınını həmdə bağ evini nümayiş edib. 

Canana “Avtomobilin qiymətini deməyəcəyəm. Sirdir... Desəm nəzərə gələrəm. Həm bu avtomobili həmdə bu bağ evini yeni almışam. Allah nəzərlərdən qorusun. Görürsünüzdə Canana nə işlə məşğuldur. Maşın sürürəm, bağımda istirahət edirəm” sözlərini dilə gətirib.

Qeyd edək ki, M. İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M. İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. / Olay.az


Oxşar xəbərlər
Tapılmadı